Xəyanətə cavab "belə olar" - Video

28-01-2013, 13:42
Oxunub: 3447


Böyük Britaniya sakini ona xəyanət edən həyat yoldaşını cəzalandırıb. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, ingilis kişi təsadüfən tanışlıq saytlarından birində öz həyat yoldaşının adını görüb. Anketdə qadın qeyd edib ki, 5 ildir evlidir. Lakin onun əri axmaq və dəlidir. Özü isə ancaq iki şeyi sevir - kabriolet "Peugeot" və öz atını.

Bunu oxuyandan sonra "axmaq" ər intiqam plnaları qurmağa başlayıb. Ekskavator ilə gətirdiyi torpağı o öz həyat yoldaşının sevimli maşının salonuna tökərək onu yararsız hala salıb.

Əməlini videoya alan kişi isə "əzizim Müqəddəs Valentin günün mübarək. İndi sən mənim nə qədər dəli olduğumu görərsən. Bu o qədər də xoş sürpriz deyil, elə?", deyə arvadına mesaj göndərib.

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti