Ərdoğan Afrika turnesinə çıxacaq

5-01-2015, 11:34
Oxunub: 330


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə Afrika ölkələrinə turneyə çıxacaq.

Report xəbər verir ki, Ərdoğan Afrika turnesi çərçivəsində ilk olaraq Efiopiya, Tanzaniya və Somaliyə səfər edəcək. Proqrama ümumilikdə 12 Afrika ölkəsi daxil olacaq.

Afrika ölkələrinə səfər zamanı ikitərəfli əlaqələrlə yanaşı bu ölkələrdə ilahiyyatçı Fətullah Gülən tərəfindən idarə olunması güman edilən "paralel strukturların" mövcud olması məsələsi müzakirə olunacaq.

Yanvar ayına prezidentin, həmçinin İraq və İrana səfərləri nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti