Sərdar Həmidova Milli Qəhrəman adı istədilər- Müraciət

29-01-2013, 10:30
Oxunub: 6712
1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanmış və kiçik bir müddətdə müalicə alaraq döyüşə qayıtmışdır


Az öncə Etatist.com-un redaksiyasına Tərtər rayonu Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi Tərtər rayon Şöbəsinin sədri, Müharibə Veteranı I qrup müharibə əlini, Azərbaycan bayrağı ordenli Prezident təqaüdçüsü, ehtiyyatda olan leytenant Heydərov Nizami və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon Şöbəsinin sədri, II qrup Qarabağ əlili, Prezident təqaüdçüsü, Yusibov Suliddinin birgə imzaladığı müraciət daxil olmuşdur. Həmin müraciəti təqdim edirik.

Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Səfər Əbiyevə
 
Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və 
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Tərtər rayon şöbəsi tərəfindən
 
Müraciət

Yazaraq sizə məlum edirik ki, mayor Həmidov Sərdar Məcid oğlu 01.02.1992 il tarixində Tərtər Özünü Müdafiə Batalyonuna və sonradan "N" saylı hərbi hissənin beşinci motoatıcı batalyonuna komandir təyin edilib. Sərdar Həmidov komandir təyin edildiyi gündən bütün döyüşlərə rəhbərlik etmiş və düşmənləri, yəni mənfur erməniləri həm canlı qüvvə, həm də texnika verməyə məcbur etmişdir. 1993-cü il yanvar ayının axırlarında Vaqauz-Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanmış və kiçik bir müddətdə müalicə alaraq döyüşə qayıtmışdır. Sərdar Həmidovun şəxsi nüfuzu, hörməti və uzaqgörən müdrikliyi sayəsində batalyonumuz həmişə qələbə çalmış və ermənilərin canlı qüvvəsini və texnikasını məhv edərək geri çəkilməyə məcbur etmişdir. Həmidov Sərdar Məcid oğlunun bu şücayətlərinə və qəhrəmanlıqlarına görə "N" saylı hərbi hissənin komandanlığı, Sərdar Həmidovun Azərbaycanın Milli Qəhrəmanı adını alması üçün sənədlər hazırlayıb Müdafiə Nazirliyinə göndərərək həmin müddətdə Müdafiə Nazirliyi qarşısında vəsadət qaldırmışdır.
 
Odur ki, bütün bunları və Tərtər rayon Veteranları, Əlilləri və Şəhid Ailələrinin xahişini nəzərə alaraq mayor Həmidov Sərdar Məcid oğluna Azərbaycanın Milli Qəhrəmanı adını verilməsi üçün fərman verilməsini təmin etməyinizi gözləyirik. Sizin humanist, müdrik və lazımi qərar verməyinizi bilərək sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
 
İmza: Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi Tərtər rayon Şöbəsinin sədri, Müharibə Veteranı I qrup müharibə əlini, Azərbaycan bayrağı ordenli Prezident təqaüdçüsü, ehtiyyatda olan leytenant Heydərov N.F.
 
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon Şöbəsinin sədri, II qrup Qarabağ əlili, Prezident təqaüdçüsü, Yusibov S.B.
 

Sərdar Həmidova Milli Qəhrəman adı istədilər- Müraciət


Etatist.com
Şərhlər : 5 Şərh yaz
Elşən Quliyev 28 yanvar 2013 16:58  
Bu teklifə görə hər iki veterana çox saq ol deyirem. ve bu muraciete semimi qelbden qoşuluram. Heqiqet nazile biler amma qırıla bilmez. bu gün terterde yaşayanların her birine Həmidov qardaşlarinin bir ev baqişlamalari faktını hec kim dana bilmez. menim şerhimede munasibet bildirmek lazim deyil. men oz fikrimi bildirmekde azadam. Sizin bütün minuslariniza baxmayaraq SERDAR bey size milli qehraman statusu ana südü kimi halaldir.
subhan 12 aprel 2013 19:50  
SERDARBEY HEMIDOV, NEINKI MILLI QEHRAMAN ADINA LAYIQ GORULMELI HETTA ONA SEHERIN EN GOZEL YERINDEN EV MASIN VE BUTUN LUQOTLARLA TEMIN EDILMELIDIR. SERDAR HEMIDOVUN ZEHMETINI INKAR ETMEK ESTEXFIRULLAH ALLAHI INKAR ETMEK KIMI BIR SEYDIR.
Elchin Pashayev 2 avqust 2013 12:29  
Hech shubhesiz, Serdar qehremandir! Ferman verilse de, verilmese de, Terter ehalisi bu gun yerinden yurdurdan didergin dushmediyine gore Hemidov qardashlarina minnetdardir!
namiq 21 avqust 2013 11:07  
terter
Raşad 1 fevral 2015 14:05  
Terter Qehreman şeher,Serdar bey milli Qehreman adina 23-24 iildir layiqdirler
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti