Kim Çen In Cənubi Koreya qarşısında şərt qoydu

1-01-2015, 16:36
Oxunub: 2211


Şimali Koreya lideri Kim Çen In Yeni il bayramı münasibətilə xalqa müraciətində sensasiyalı çıxış edib. 

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Yonhap” agentliyi yayıb.
Kim Çen In Cənubi Koreya prezidenti Pak Kın Xe ilə görüşmək istədiyini açıqlayıb, ancaq Şimali Koreya rəhbəri bu ideyanın gercəkləşməsi üçün cənublu həmkarı qarşısında bir şərt qoyub.

"Rəsmi Seul Şimalla birləşməkdən imtina etməlidir. Hazırda hər iki Koreya dövlətləri arasındakı münasibətlərdə bir istiləşmə mövcuddur. Bu münasibətlərin daha da yaxşılaşdırılması üçün dialoqlar davam etdirilməlidir. İki liderin görüşü bu il həyata keçirilə bilər”, - deyə Kim Çen In vurğulayıb.

Şimali Koreya lideri Yeni il təbrikində Koreya yarımadasında sülhün bərqərar olunmasını və Koreya dövlətlərinin çiçəklənməsini arzulayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti