Gəncədə dəhşət

28-01-2013, 13:20
Oxunub: 5201


Yanvarın 27-də Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib.
 
Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü Bağıyev Ramin Əli oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1989-cu il təvəllüdlü Mayılova Təhminə Elxan qızını bıçaqlayaraq öldürüb.
Gənc oğlan 24 yaşlı həyat yoldaşına bir neçə ölümcül bıçaq zərbəsi endirib. Qadın çox keçmədən dünyasını dəyişib.
 
Məlumata görə, R.Bağırovla T.Mayılova yeni evlənibmiş. Hadisənin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. R.Bağırov tutulub və faktla əlaqədar cinayət işi başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti