Britaniyadan Avropa Birliyinə zərbə

26-12-2014, 13:47
Oxunub: 434


Böyük Britaniya əhalisinin 51 faizi Avropa Birliyindən çıxmağa üstünlük verib. 

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Gellap institutunun apardığı sorğuda "hə” deyənlərin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri olub. 

Sorğuya görə Avropa Birliyində daha çox qalmağı Yunanıstan vətəndaşları istəyir. 

İnstitutun əməkdaşları 12 ölkədə yaşayan 12 min nəfər arasında sorğu keçirib. 

Qeyd edək ki, hazırda Avropa Birliyinə 28 ölkə (Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniya) daxildir.

Bu Birliyə daxil olmaq üçün isə 6 ölkə (Albaniya, İslandiya, Makedoniya, Serbiya, Türkiyə və Qaradağ) öz namizədliyini irəli sürüb. 

İndiyədək heç bir ölkə Avropa Birliyinin tərkibindən çıxmayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti