Moskvanın şimal-qərbində karantin elan edildi

25-12-2014, 12:30
Oxunub: 366
Bu rejim fevralın 18-dək tətbiq olunacaq


Moskva hökumətinin başçısı Sergey Sobyanin ev heyvanları arasında quduzluğun aşkar olunması ilə bağlı şəhərin şimal-qərbində karantin elan edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu rejim fevralın 18-dək tətbiq olunacaq.

Hazırda bu ərazidə it və pişik sərgisi keçirmək, ev heyvanlarını satmaq, vəhşi heyvanları ovlamaq, eləcə də həmin bölgədən heyvanları kənara çıxarmaq qadağandır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti