Bakıda metroya "bomba qoyan" mingəçevirli tutuldu

24-12-2014, 13:15
Oxunub: 314


Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs "102” xidmətinə zəng edərək ""28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun "28 May” stansiyasının yaxınlığında tutulub.

Onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti