Əli Kərimlinin hərbi xidmətdən yayınan silahdaşı həbs olundu

18-12-2014, 12:49
Oxunub: 388


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü həbs edilib.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən rayon sakini Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olub.

M.Abbasov evinə gedən polis əməkdaşına müqavimət göstərərək onu təhqir edib. O, polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad Rayon Məhkəməsinə göndərilib.

M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 25 sutka həbs cəzası alıb.

Qeyd edək ki, M. Abbasov Əli Kərimlinin sədr olduğu  AXCP-nın Sabirabad rayon təşkilatının üzvüdür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti