Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO

26-01-2013, 15:08
Oxunub: 4603


Xəbər verildiyi kimi, bu gün Fəvvarələr meydanına etiraz aksiyası təyin edilib. Aksiyanın məqsədi son günlərdə haqsızlığa qarşı üsyan edən insanlara dəstək verməkdir.

 

14.50. Siyasi fəal gənclərin aksiyası başlamaq üzrədir. Hadisə yerində olan əməkdaşlarımızım verdiyi xəbərə görə, aksiyanın dəqiq yeri məlum deyil. Aksiyanı təşkil edənlər bir neçə ünvan göstərirlər. /musavat.com/


15.00. Gənclər hərəkətə gəldi və şüarlar sərəsləndirlər. ÇPA qüvvələri onları sıxışdırır.


15:10 Gənclər Sahil bağına doluşurlar


15:15 Artıq həbslər başlayıb. Saxlanılanlar var.

 

Musavat.com-un verdiyi məlumata görə 50-dən artıq gənc Pedaqoji Universitetin yanıyla bulvara doğru yürş edir, şüarlar səsləndirirlər. Polis müdaxilə etmir.

 

15:19 Emin Milli polis tərəfindən saxlanıldı. O polisləri aksiya iştiraçılarına qoşulmağa çağırırdı.

 

30-35 nəfərin saxlanıldığı bildirilir. Saxlanılarnların arasında Şahvələd Çobanoğlu da var.

 

15:22. Aksiya iştirakçıları "Azadlıq" şüarı səsləndirirlər. Polis bir qadını saxladı. Onun Məlahət Bəşirova olduğu deyilir. O "gəlin qəhrəman polislərə əl çalaq" dedikdən sonra saxlanıldı.

 

Cavid Əfəndi, Emil Bağırov, Turqut Qəmbər, Nadir Alma, Aygün Pəncəliyeva, Nazlı Pəncəliyeva. AXCP GK sədri Əbulfəz Qurbanlı, jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə İsmayıl, Emil Milli, VHP-dən Nicat Kamal, Emil Bağırov və Atabəy Ağalarbəyli, vəkil İntiqam Əliyev, saxlanıb.

 

Əməkdaşımız Günay Turanın verdiyi məlumata görə, Müsavat Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublu da saxlanılanlar arasındadır.

 

Hüquq müdafiəçisi Məlahət Nəsibova da saxlandı. O polislərə izah etdi ki, aksiyanı müşahidə etmək üçün Naxçıvandan gəlib və o, aksiyada iştirak etmir. Amma buna polis əhəmiyyət vermədi və onu polis maşınına doğru apardılar. /azaqliq.az/

 

15.40. 35 nəfər saxlanılan aksiya iştirakçısı ilə dolu avtobus artıq polis bölməsinə yola salınıb. Hadisə yerinə ikinci avtobus da gətirilib. /musavat.com/

 

15.42. Musavat.com-un verdiyi xəbərə görə, polislər jurnalistlərin işləməsinə imkan vermir, mane olurlar. Onlar jurnalistlərin birini yerə yıxaraq sürüyüblər. Hazırda Fəvvarələr meydanında aksiya davam edir.

 

15:49 Əməkdaşımızın verdiyi məlumata görə, polislər jurnalistlərə qarşı da arqessiv hərəkətlər etməyə başlayıblar.

 

16:00. Aksiya Bulvarda davam edir. 60-dan çox saxlanılanın olduğunu bildirilir. Polis səs gücləndiricilərlə aksiya iştirakçılarının dağılmasını söyləyir.

 

16:05 Polis aksiya iştirakçılarını dağıtsa da aksiya davam edir.

 

16:11 AXCP GK üzvü Nihat hüseyin də polis tərəfindən saxlanıldı


 

 



Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO




Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO
Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO
Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO


Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO
Aksiya başladı- YENİLƏNİR/FOTOLAR + VIDEO

 

Şərhlər : 1 Şərh yaz
Nurlan 26 yanvar 2013 17:01  
fikirlerimizi dinleyen xalqla razilasan dovlet istiyirem

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti