AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı

13-12-2014, 12:49
Oxunub: 469
Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və İrlandiya prezidenti Mikael Higensin sessiya iştirakçılarına müraciət edəcəklər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il yanvarın 26-30-da Strasburqda keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb.

AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiyanın açılışında Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və İrlandiya prezidenti Mikael Higensin sessiya iştirakçılarına müraciət edəcəklər.

Daha sonra Ukraynada humanitar vəziyyət, Avropada media azadlığının qorunması əsas müzakirə mövzusu olacaq. Eləcə də sessiyada Avropada qeyri-tolerantlıq və diskriminasiya mövzularına toxunulacaq, bərabərlik və böhran kollektiv sövdələşmə və tətil hüququ barəsində fikir mübadilələri aparılacaq. Sessiya çərçivəsində Avropa Şurasının baş katibi Torbyörn Yaqland, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Belçikanın xarici işlər naziri Didie Reyndersin çıxışları nəzərdə tutulub.

Eyni zamanda Büro və Daimi Komitənin tərəqqi hesabatı, Moldova və Tunisdə keçirilən seçkilərə dair müşahidəçilərin məruzələri dinləniləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti