Kamaz qəzaya düşdü 2 nəfər öldü

26-01-2013, 18:27
Oxunub: 1896


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 360-cı kilometrliyində, Goranboy rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ” markalı minik avtomobilində olan sürücü və bir sərnişin hadisə yerində ölmüşdür. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22.05-də başa çatmışdır

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti