Nobel mükafatı bu gün təqdim ediləcək

10-12-2014, 11:27
Oxunub: 706


Stokholm və Osloda bu gün Nobel mükafatının təqdimetmə mərasimi keçiriləcək. 2014-cü ilin laureatları həm də təntənəli yemək mərasimində bir araya gələcəklər.

Hər il Nobel mükafatının təqdimetmə mərasimi Alfred Nobelin anım günü olduğundan dekabrın 10-da təşkil olunur. Alfred Nobel 1896-cı ildə dekabrın 10-da vəfat edib.

Mükafatları Stokholm Filarmoniyasında İsveç kralı Karl XVI Gustaf təqdim edəcək.

2014-cü ildə Nobel sülh mükafatının laureatları Pakistanlı Malala Yousafzai və Hindistanlı Kailash Satyarthi-dır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti