Şəhərə tanklar yeridildi

26-01-2013, 17:47
Oxunub: 1911


Misir küçələrinə tank yeridilib: 7 nəfər həlak olub.
Misirin Süveyş şəhərində polislə nümayişçilərin qarşıdurması zamanı 7 nəfər həlak olub.

Misirin müxtəlif şəhərlərində gənclərlə polis arasında qarşıdurma baş verir. Ölkənin Təcili yardım xidmətinin məlumatı bildirib ki,bu hadisələr nəticəsində 252 nəfər xəsarət alıb. Onların arasında polislər də var.

İskəndəriyyə, Süveyş, İsmailiyyə, Dumyət, Məhəllə əl-Kübra şəhərlərində nümayişçilər yerli hakimiyyət binalarına hücum edib. Bir sıra yerlərdə «Müsəlman qardaşlar» hərəkatı, onun siyasi qolu, prezidentin başçılıq etdiyi «Azadlıq və bərabərlik» Partiyasının qərargahlarına basqın olub.
Mənbənin bildirdiyinə görə, Süveyşin küçələrinə hərbçilər və tanklar yeridilib. Məhəməd Mursi «Twitter» səhifəsində vətəndaşları zorakılıqdan çəkinməyə və «fikirlərini din yolla deməyə» çağırıb.

Məlumatlara əsasən, Misir prezidenti Məhəmməd Mürsi Qahirə yaxınlığındakı hərbi bazalardan birindədir. Nümayişçilər ölkənin islamlaşdırılmasına qarşı çıxış edirlər.

 

Lent.az 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti