Neftin düşməsi manata necə təsir göstərəcək?

9-12-2014, 17:07
Oxunub: 748


Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan manatının dəyərdən düşməsinə gətirə bilərmi?
 
"Media forum” saytının sualına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, neftin qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələlik tədiyyə balansında müsbət saldo qalır: "İdxalı üç dəfə üstələyən Azərbaycan ixracatında neftin qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da, hələ xarici ticarətdə böyük profisitə malikik. Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır.

İqtisadi baxımdan Mərkəzi Bank manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin. Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxilolmaların azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorları daxil olmaqla bir sıra sahələrin təsirlənməsidir.

Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısamüddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanacaq. Yaxın yarım ildə, mövcud şərtlər daxilində, manatın məzənnəsində azalma müşahidə edilməməlidir. Mərkəzi Bankın pul-kredit siyasətinin əsas istiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatı məzənnəsi ilə bağlı siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti