"125-lər" Xədicə İsmayılın həbsiylə bağlı bəyanat yayıb

9-12-2014, 13:46
Oxunub: 388
"Bütün bunlar ölkəmizin demokratik inkişafına, beynəlxalq aləmdəki imicinə mənfi təsir göstərməklə daha ciddi problemlərimizin həllinə mane olur"


"125-lər klubu” jurnalist Xədicə İsmayılın həbsiylə bağlı bəyanat yayıb.

Etatist.com-a göndərilən həmin bəyanatda deyilir: 

"Son vaxtlar ictimai-siyasi mühitdə kifayət qədər fəal olan insanların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması vətəndaş təşəbbüsü olaraq təşkilatlanmış "125-lər Siyasi Klubu” nun üzvlərini də ciddi narahat edir. 

Bu günlərdə Azadlıq radiosunun əməkdaşı, özünün tənqidi yazıları ilə tanınmış Xədicə İsmayılın həbsi ölkədə fikir və ifadə azadlığına qarşı təzyiqlərin mövcudluğunu bir daha sərgiləyir. Bütün bunlar ölkəmizin demokratik inkişafına, beynəlxalq aləmdəki imicinə mənfi təsir göstərməklə daha ciddi problemlərimizin həllinə mane olur. 

Biz, "125-lər Siyasi Klubu” sivil və ədalətli mübarizənin ölkəmizin demokratik inkişafının yeganə yolu olduğuna inanaraq, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, həbsdə olan ictimai-siyasi fəalların azad edilməsini tələb edirik”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti