Nizami Ələkbərovun istefa verməsini tələb edirik

25-01-2013, 18:44
Oxunub: 4390


Yanvar ayının 23-də İsmayıllı rayonunda baş verən qarşıdurma və onun nəticələri ilə bağlı Milli Fikir Mərkəzi olaraq bəyan edirik ki, rayon ərazisində baş verən insidentin nəticəsində yaranan gərginliklərin obyektiv şəkildə araşdırılmasına imkan yaratmaq məqsədi ilə İsmayıllı rayonu icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefa verməsini tələb edirik.

  

Nizami Ələkbərovun qohumlarının, özbaşınalıq hərəkətlərindən qaynaqlanan bu qarşıdurmada İsmayıllı rayonu millət vəkili Novruz Aslanın tutduğu mövqedən narahatlılığımızı bildiririk. Qanunverici orqanın, üzvü olan səs vermə ilə seçilən millət vəkilinin mətbuata açıqlamasında icra başçısı ilə birlikdə hərəkət edirik açıqlaması olduqca arzuolunmaz, hüquqi yanlışlıqdır. Millətin səsi ilə seçilən şəxs, icra edici orqan nümayəndəsinin yanında yox, xalqın yanında olmalı, araşdırmalarını aparmalı idi.

  

Ancaq görünəni odur ki, Millət vəkili ilə icra başçısı məsələlərin aydınlanmasında obeyktivlik göstərmək istəmirlər.
İsmayıllı rayonunda baş verən bu olaylardan sonra Nizami Ələkbərovun icra başçısı olaraq qalmağı birmənalı olaraq, əhali tərəfindən dövlətə və dövlətin qanunlarına inamsızlıq yaradacaqdır.

  

Bu nəticələrdən ehtimal olunan budur ki:
1) Rəsmililərin bildirdiyi kimi, nəzarət əldə edildikdən sonra proses ümumi kütlə halından pərəkandə qruplar halında sistemləşə bilərlər
2) Dövlətin qanunlarına inamsızlıq yarandığından, əhali aqresiv sosial-psixoloji durumundan yararlana biləcək ekstremist qruplar tərəfindən yönləndirilə bilər
3) Günahkar məmur övladının cəzalanmağının yerinə, haqsızlığa etiraz edən insanların cəzalanmağı ilə etirazlar davam edə, ətraf rayonlarada yayıla bilər.
4) İsmayıllı rayonu icra hakimiyyətinin başçısının istefa verməməsi ilə, bütün icra edici orqan və prezidentlik instituna inamı zədələyərək, nəzərləri siyasi hakimiyyətə yönəldə bilər

  

Dövlət maraqları baxımından, Sosial-Müdafiə Nazirinin qardaşı ismayıllı rayonu icra hakimiyyətinin başçısı Nizami Ələkbərov tutduğu vəzifəsindən istefa versin. Bu dövlətin nüfuzunu güclənməsi və məmur maraqları səviyyəsində qalmadığını, dövlətin qanun və qaydalarının hər şeydən üstün olduğunu sübut etmiş olacaq.
Əksi halda, Respublikanın hər bölgəsində narahatlıqla İsmayıllıda baş verən prosesləri izləyən vətəndaşların gözündə, dövlətin nüfuzu ciddi zərbə alacaqdır.
Biz, Milli Fikir Mərkəzi olaraq dərhal yerli əhalinin tələbinə uyğun olaraq İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun tutduğu vəzifədən azad olunmağını tələb edirik.
Nizami Ələkbərov istefa verməyəcəyi təqdirdə, buna etiraz olaraq dinc addımlar atacağımızı bəyan edirik
Şərhlər : 3 Şərh yaz
Vəkil 25 yanvar 2013 19:02  
hələ üzsüz üzsüz də danışırdı,üzür isdəmək yerinə ismayıllıya ordu yeriddi
Kudrat 25 yanvar 2013 19:28  
Bizi yalniz demokratiya xilas edecek!
Rocstar 26 yanvar 2013 13:57  
Olke qarisacaq
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti