"Gəncədə aksiya başladı"- YENİLƏNİB

25-01-2013, 16:55
Oxunub: 6292


Gəncədə xalq üsyanı başlayıb. Bu haqda ACP sədri Sülhəddin Əkbər bildirib. "Mənə 1 qədər əvvəl zəng edib dedilər ki, Gəncədə insanlar RİH-nin qarşısında toplanıb, RİH binasının qarşısındakı 7-8 metr hündürlüyündəki H.Əliyev və İ.Əliyevin plakatlarını cırıb. Hazırda ərazidə aksiya gedir", - S.Əkbər bildirib.

 

Qeyd edək ki,bu gün Abşeron Marriott otelində "16 Oktyabr 2013-cü il Prezident seçkisi ərəfəsində hüquqi və siyasi mühitin demokratikləşdirilməsi imkanları" adlı İctimai Forum işinə başlayıb. Forum Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə "Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən təşkil edilib. Gəncə ilə bağlı məlumat da Sülhəddin Əkbər tərəfindən səsləndirilib.

***

Etatist.com-un deyerler.org-a istinadən verdiyi məlumata görə, Gəncədə bugün kütləvi etiraz aksiyası keçirilməyib. Amma bugün bir narazı Gəncə sakini icra hakimiyyətinin binası qarşısında olan Heydər Əliyev və İlham Əliyevin plakatını daşa tutub. Dərhal əraziyə polis gəlib və həmin şəxsi həbs ediblər. Əldə etdiyimiz məlumata görə, saxlanılan narazı şəxs icra hakimiyyətinin binasından çıxdıqdan sonra plakatı daşa basıb.

Şərhlər : 2 Şərh yaz
ziya 25 yanvar 2013 17:16  
Cəsarətine görə Gence ehli ilk yerlerde.
vuran 25 yanvar 2013 17:38  
ehsen gence
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti