26 yanvar aksiyasının ilk həbsi

25-01-2013, 12:06
Oxunub: 1530
Müsavat Partiyasının Qubadlı rayon təşkilatının gənc fəalı Elman Elxanoğlu bu gün səhər yaşadığı evdən götürülərək Sumqayıtda yerləşən Qubadlı rayon Polis İdasrəsinə aparılıb


Həmişə olduğu kimi, bu dəfə də polis şöbələri Bakıda elan olunmuş aksiyaya ilk reaksiya verənlərdən olub və həbslərə başlayıb.

 

Bu barədə musavat.com-a Müsavat Partiyasından məlumat verilib. 

Bildirilir ki, gəncləin "Facebook" sosial şəbəkəsi vasitəsilə sabah Fəvvarələr meydanında elan etdikləri etiraz aksiyası ilə bağlı olaraq Müsavat Partiyasının Qubadlı rayon təşkilatının gənc fəalı Elman Elxanoğlu bu gün səhər yaşadığı evdən götürülərək Sumqayıtda yerləşən Qubadlı rayon Polis İdasrəsinə aparılıb. 

Ehtimal ki, Qubadlı polisləri bu "nümunəvi iş metodu"nu sumqayıtlı həmkarlarından götürüblər və bu dəfə onları da qabaqlayıblar. Həmişə aksiyalara görə ilk həbsləri Sumqayıt Şəhər Polis İdarəsi həyata keçirərdi.

musavat.com

Şərhlər : 1 Şərh yaz
Fərhad 25 yanvar 2013 14:43  
Başa düşmədim bəyəm aksiyanı müxalifət təşkil edibki?yenə həmişəki kimi bizim müxalifət nə olursa öz adına çıxarmaq istəyir.çox cılız adamlarsız!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti