Britaniya mediası nəzarətə alınır

30-11-2012, 10:35
Oxunub: 1003
Qeyd edək ki, Britaniya parlamentində belə fikir ayrılıqları ancaq Avropanın burjua inqlabı vaxtı ola bilərdi


Səkkiz aydır Britaniyada böyük qalmaqal yaradan "Leveson istintaqı” gedir. Bu barədə Etatist.com Britaniya mediasına istinadən xəbər verir. Bu istintaq Britaniyanın Baş Naziri Devid Kemeronun tərkidi ilə fəaliyyətini dayandırmış, "News the World” qazetinin skandalından sonra başlanmışdır. Etatist.com-un apardığı araşdırmalara görə "News the World” qəzetinin ətrafında olan skandal, qəzetin gündəmində olan, cəmiyyətə maraqlı gələn şəxslərin telefon xəttlərini dinləmək, şəxsi həyyatına qarışmaq, cəsus izləmələri aparmaq, polis işçilərinə rüşvət vermədə ittiham olunurdular.
Noyabrın 29-u "Leveson istintaqı” başa çatıb. İstintaqı aparan (istintaq onu aparanın adını daşıyır) hakim Lord Brayan Leveson öz çıxışlarında qeyd etdi ki, Britaniya mediasına qanunla təsdiq olunmuş yeni müstəqil tənzimləyici lazımdır, "Yeni tənzimləyici orqan Britaniya mediasına dövlətdən, iqtisadi maqnatlardan, siyasiyyətçilərdən daha azad olmağını təmin edəcək”.

Lord Levesonun bu çıxışı Britaniya dövlətində fikir ayrılığını yaratdı. Baş Nazir Devid Kemeron, Lord Levesonun fikirinə qarşı çıxaraq bildirdi ki, "Qanun qəbul etdikdə daha ehtiyatlı olmaq lazımdır. Çünki həmin qanun öz tərkibində medianın söz azadlığını qısıdlaya bilər”.

Baş Nazirlə qətiyyən razılaşmayan Baş Nazirin müavini, liberal-demokrat Nik Kolleq cavablandıraraq dedi ki "Vacibi odur ki həmin yeni tənzimləyici orqan tam azad olsun”
Lord Levesonun təklifinin tərəfdarlarından biri olan "Beynəlxalq avtomobil assosiasiyanın” keçmiş prezidenri Lord Maks Mazli (2008 ildə Maks Mazli "News the World” qazetini məhkəməyə verib, qəzetin ona böhtan atdığını sübut edib) deyir "Axır ki, medianın verdiyi sözləri yerinə yetirməyə məcbur edən bir orqan yaradılacaq. Bəlkə bundan sonra media işçiləri şəxsi həyat anlayışına daha hörmətlə yanaşacaqlar”.
Britaniyanın böyük media patronları Levesonun təklifinə qarşı öz narazılıqçılarını bildirdilər. Qeyd edək ki, Britaniya parlamentində belə fikir ayrılıqları ancaq Avropanın burjua inqlabı vaxtı ola bilərdi.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti