İsmayıllıdakı 25 yanvar səhəri- Fotolar

25-01-2013, 10:41
Oxunub: 1736


"İsmayıllıda narahat bir səhər başlayıb. Hazırda rayonun bütün büdcə təşkilatlarında çalışanları mərkəzi küçələrə töküblər. Dünəndən qalan daş parçalarını, polislə camaatın toqquşmasının digər izlərini təmizləyirlər. Hələlik şəhərdə sakitlikdir”. Bu sözləri musavat.com-a İsmayıllıda olan müxbirimiz Elşən Məmmədəliyev söyləyib. O, deyib ki, yerli hakimiyyət məhz bu gündən çox narahatdır: "Dünən rayonun inanclı kəsiminin təmsilçiləri, məscidlərin axundları ilə görüşüblər. Narahatlıq var ki, camaat cümə namazından sonra, eyniylə ərəb inqilablarının modelində olduğu kimi, namazdan sonra yürüş edə. Bunun qarşısını almaq üçün iş aparırlar. Biz də cümə namazlarını və ondan sonrakı vəziyyəti izləyəcəyik”.  "Yeni Müsavat”ın müxbiri deyib ki, Bakıda yayılmış ölüm xəbərləri (toqquşmalarda ölənlərin olması barədə iddialar-Red.) İsmayıllıda təsdiq olunmur: "Burada jurnalistlər var. İnsanlar da aktivdirlər. Hər hansı ölüm olsaydı, mütləq xəbər tutulardı və hamı yas yerinə axışardı. Hələlik bu xəbərlə təsdiqini tapmır”.


 

musavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti