Avropa İttifaqı Şurasının sədri rəsmən dəyişdi

1-12-2014, 13:01
Oxunub: 539


Dekabrın 1-də Avropa İttifaqı Şurasının sədri rəsmən dəyişib.

Media forum xəbər verir ki, avqustun 30-da sədr seçilmiş polyak Donald Tusk belçikalı Herman van Rompeyi əvəzləyərək səlahiyyətlərinin icrasına başlayıb.

Donald Tusk 28 ölkədən ibarət Avropa İttifaqının Şərqdən olan ilk rəhbəridir. 1957-ci ildə Polşada doğulan Donald Tusk 2007-ci ildən 2014-cü ilin sentyabrınadək Polşanın baş naziri postunu tutub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti