Mərkəz sədri İsmayıllıdan danışdı

24-01-2013, 18:30
Oxunub: 2375


Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə İsmayıllıda baş verən hadisələrlə bağlı münasibət bildirib.


Etatist.com-a açıqlama verən MFM sədri qeyd edib ki, "İsmayıllıda baş verən olaylarla bağlı dövlət rəsmilərinin açıqlamalarını izlədim. Dövlətin rəsmiləri tərəfindən edilən açıqlamaların hamısı qızışdırıcı, təhrik edici xarakterdədi. Insanlara göz dağı vermək istəyərək edilən bu açıqlamalar, İsmayıllı rayonunda silahlarla təchiz olunmuş polislər, İsmayıllı İcra Hakimiyyətinin başçısının "mən istefa verməyəcəm” bəyanatı, ölkəni sonu görünməyən xaosa götürməkdədir. "İsmayıllıda hər şey nəzarətə götürülüb” açıqlaması isə ümumiyyətlə tələsik və savadsız bir yanaşmadır. Hər şey nəzarətə götürülüb ifadələri, konkret koordinatları olan ərazidə, deyilə bilər. Minlərcə əhalisi, onlarca kəndi olan bir rayonu "nəzarət”ə götürmək onu göstərir ki, deməli rayonda fövqaladə vəziyyətdir. 
Fikrimcə insanlarla rezin güllə, qaz, zor gücünə danışmaq tərzini kənara qoymaq lazımdır. Mən, şəxsən bu şəkildə davam edəcəyi təqdirdə, hadisələrin təhlükəli məcraya çıxacağından narahatam.”
Şərhlər : 1 Şərh yaz
Super 25 yanvar 2013 13:30  
Artiq men deye bileremki Azerbaycanin gencleri dahada suretle ireli gedir. bu Beyanat subutudu
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti