"Bu hadisələr bütün rayonlarda ola bilər"

24-01-2013, 13:53
Oxunub: 1376


İsmayıllıdan olan şair, sabiq deputat Musa Yaqub rayonda baş verən üsyana münasibət bildirib. Şair "musavat.com"a açıqlamasında deyib ki, hadisələr barədə telekanaldan xəbər tutub.

 

O, İsmayıllıda sakinlərin etiraz aksiyası keçirməsinə bəraət qazandırıb: "Nəinki İsmayıllıda, bütün ölkədə camaatın narazılığı bir qığılcıma bənddir. Bu hadisələr gözləniləndir, bütün bölgələrimizdə ola bilər. Konkret İsmayıllıya gəldikdə isə, camaatın içində narazılıq var. Amma bu narazılığı məmurlar, rəhbərlər başa düşmürlər. Rayonda torpaqları, hər şeyi satırlar, yeyirlər, dağıdırlar. Bu, öz qaydasında. Bu torpağınm çörəyini yeyib, sonradan insanlarını təhqir etmək isə insanlığa sığmır. Məmurlar insanların mənəviyyatına toxunur, insanlar da buna dözə bilmirlər. Quba kimi İsmayıllıda da üsyan baş verir. Yeyib-içib harınlaşan məmurlar, hazıra nazir olan nazirlər camaatın qayğısına qalmaq cəhənnəm, hətta təhqir edirlər. Ayaq altına alırlar. Buna dözmək olmaz!".

Şərhlər : 1 Şərh yaz
forlorn 24 yanvar 2013 14:04  
Düz sözə nə yazaq.Qısa deyib, qısa müsahibə ilə ölkədəki sosial ədalətsizliyi və + başlarını aşağı salmaq əvəzinə hələ xalqa axmaq da deyənləri göstərib. Bəla ondadır ki, heç kəs ağıllı adamlara qulaq asmaq istəmir, bunu isə Allah bağışlamır....
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti