İsmayıllı mühasirəyə alındı

24-01-2013, 04:19
Oxunub: 1420


Etatist.com-un İsmayıllı rayonundan əldə etdiyi məlumata görə, rayonunun bütün girişlərində postlar qurulub. Rayona girmək, çıxmaq məhdudlaşdırılıb. Rayon polis və digər hökümət qüvvələri ilə əhalinin toqquşması nəticəsində xəsarət alanlar təcili yardım maşınları ilə xəstəxanaya köçürülməkdədir. 
Rayonda internet kəsilib. Bunun səbəbi yerli əhali tərəfindən, internet vasitəsi ilə çəkilişləri, fotoları və ümumilikdə rayonda yaranmış real durumun sosial media vasitəsi ilə paylaşımlarının qarşısını almaq üçündür.

  

Xatırladaq ki, Etatist.com-un Kürdəmir rayonu müxbiri İsmayıllı rayonuna ezam edilsədə, yaradılmış əngəllərdən dolayı rayona girə bilməyib. Belə ki, rayona gedən magistral yollarda hərəkət polislər tərəfindən məhdudlaşdırılıb. Jurnalistlərin, rayona buraxılmamasını təhlükəsizlik tədbirləri ilə əlaqələndirən polislər, müxbirimizi İsmayıllıya buraxmayıblar
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti