Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi

27-11-2014, 14:51
Oxunub: 362


Yaponiya aviaşirkətləri Aso vulkanının püskürməsi səbəbindən cənub istiqamətində 49 reysi ləğv etməyə məcbur olublar.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Ölkənin meteoroloji agentliyi xəbər verir ki, vulkandan qalxan tüstünün hündürlüyü 800 metrə çatır. Çərşənbə günü agentlik püskürmə ilə bağlı beş həyəcan səviyyəsindən ikincisini elan edib. Bu da vulkana bir kilometrdən çox yaxınlaşmağın qadağan olunduğu deməkdir.

Aso kalderası böyüklüyünə görə Yaponiyada ikincidir. O, şimaldan-cənuba 25 kilometr, qərbdən şərqə doğru isə 18 kilometr uzanır. Aso dağında vulkan püskürməsi müntəzəm olaraq ildə bir-iki dəfə baş verir. Sonuncu püskürmə bu ilin avqustunda qeydə alınıb.

Yaponiyalı vulkanoloqlar hesablayıblar ki, Yaponiyada 100 il ərzində ən güclü vulkan püskürməsi ehtimalı bir faiz təşkil edir. Bu püskürmə 127 milyon əhalisi olan ölkədə 120 milyon nəfərə təsir edə bilər. Qeyd edək ki, Yer kürəsindəki bütün vulkanların 7 faizi Yaponiyada yerləşir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti