Qadınları fahişəliyə məcbur edən şəxslər tutuldu

23-01-2013, 15:26
Oxunub: 2305


Qadınları cinsi istismara məruz qoymaq məqsədi ilə Türkiyə və Dubaya aparan şəxslər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfiqə Zeynalova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymasına görə saxlanılıb.

İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Təranə Ağayeva da gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoymasına görə saxlanılıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti