Deputat qəzaya düşüb-Ölən var

23-01-2013, 11:58
Oxunub: 4430


Deputat Aydın Mirzəzadə yol qəzası törədib.
AzNews.az-a daxil olan məlumata görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında deputat Elman Məmmədov da olub.

***

YAP-çı millət vəkili Aydın Mirzəzadəyə məxsus maşının törətdiyi qəzanın təfərrüatları məlum olub. Belə ki, qəza törədən 10 TD 199 dövlət nömrə nişanlı, "Honda Accord” markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq Bakıya qayıtdığı xəbər verilir. A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.

Hadisəni millət vəkili Elman Məmmədov AzNews.az-ın əməkdaşı ilə söhbətində təsdiqləyib.
 
***
Aydın Mirzəzadənin avtomobili tərəfindən törədilən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub. 
Hüquq mühafizə orqanlarından "Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxs 1955-ci il təvəllüdlü Cavadova Maria Hidayətovna olub. Məlumata görə mərhumə Lökbatan qəsəbəsində yaşayırmış. O, Qobustan qəsəbəsində yaşayan anasına baş çəkmək üçün gedib və gecə onlarda qalıb. Səhər isə qayıdarkən məlum qəza baş verib.

Onun ailəsinin baş verən qəza ilə bağlı şikayətçi olmadığı bildirilir. Hadisədə deputatın sürücüsünün və ya piyadanın günahkar olması ilə bağlı hələlik hər hansı versiya irəli sürmək mümkün deyil. Məlumata görə bunu müəyyənləşdirmək üçün avtomobilin texniki ekspertizası keçiriləcək. 

Hadisəni törədən millət vəkilinin sürücüsü Qocayev Faiq Əşrəf oğlu isə saxlanılmayıb.
Şərhlər : 4 Şərh yaz
duz 23 yanvar 2013 18:36  
bunlar bilmirki 9 milyonluq xalqin qan pulun yiyede bele olur
filosof 23 yanvar 2013 20:22  
hele bilinmirki gunah piyadadadi ya surucude.birinci defedi bele cumle oxuyuram.hemiwe srazi surucu gunahkar olub
Sebine 23 yanvar 2013 21:08  
bizim insanlarin qaninda var bilib bilmeden kimise qinamaq...Bu hadisede deputatin ne gunahi var?Aydin Mirzezade Azerbaycanin en sayilan,secilen ve hormetli deputatlarindan biridir!!!
Nasimi 3 fevral 2013 20:02  
Turk bayragini oz bayragi hesab etmeyen adamin olmeyi qalmagindan yaxsidir.Keski Aydin Mirzezade olse idi canimiz bir Turk dusmeninden qurtulsaidi.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti