Rusiyadan pul köçürmələri 8% artıb

23-01-2013, 11:46
Oxunub: 1269


Rusiyadan Azərbaycana 2012-ci ilin yanvar-sentyabr ayları ərzində 736 mln. ABŞ dolları həcmində şəxsi pul köçürmələri həyata keçirilib ki, bu da 2011-ci ilin analoji 9 aylıq göstəricisindən 7,9% çoxdur.

«APA-Economics»in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında göstərilir.
 
Ümumilikdə, 9 ay ərzində Rusiyadan MDB ölkələrinə şəxsi köçürmələrin həcmi 13,611 mlrd. dollara çatıb ki, bu da 2011-ci ilin 9 aylıq göstəricisindən 12% çoxdur.
 
Köçürmələrin ən yüksək həcmi Özbəkistanın payına düşür (4,360 mlrd. dollar), sonrakı yeri isə Tacikistan (2,266 mlrd. dollar) tutur. Bundan başqa, hesabat dövründə Ukraynaya 2,242 mlrd. dollar, Moldovaya 1,268 mlrd. dollar, Qırğızıstana 1,165 mlrd. dollar, Ermənistana 877 mln. dollar, Belarusa 480 mln. dollar, Qazaxıstana 200 mln. dollar və Türkmənistana 17 mln. dollar həcmində şəxsi pul köçürmələri həyata keçirilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti