Ombudsmanı məhkəməyə verdilər

23-01-2013, 10:32
Oxunub: 1875


Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov Azərbaycanın İnsan Hüquqları Müdafiəsi üzrə Müvəkkilini (Ombudsman) məhkəməyə verib. Lent.az-ın məlumatına görə, T.Ağacanov Ombudsmana qarşı vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyin icra edilməsi tələbi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsini geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etməyib. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, T. Ağacanov 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror törədərək 12 nəfəri qətlə yetirmiş, 13 nəfəri yaralamış, sonda isə intihar etmiş Fərda Qədirovun qohumudur. Respublika Baş Prokurorluğu T.Ağacanovu məhz qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar istintaqa kömək göstərmədiyi üçün prokurorluqdan xaric edib. T. Ağacanov özü isə hesab edir ki, F. Qədirov onun qohumu deyil.

O, Ombudsmanı işdən çıxarılması səbəbindən hüquqlarının müdafiəsinin təmin olunmadığına görə məhkəməyə verib.
Şərhlər : 2 Şərh yaz
Roxy 2 fevral 2013 06:54  
You have the monopoly on useful infomratoin-aren't monopolies illegal? ;)
AZƏRİ BALASI 4 iyun 2013 18:54  
Ombudsman nə vaxt kiminsə işinə yarayıb
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti