Sumqayıtda ağır avtomobil qəzası

23-01-2013, 10:17
Oxunub: 1165


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "Audi" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılmışdır. Nəticədə, avtomobilin mühərrik hissəsi yanmış, avtomobilin sahibi isə müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən xəstəxanaya aparılmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şərhlər : 1 Şərh yaz
Aysel 4 aprel 2014 10:27  
Allah butun sukan arxasinda oturan suruculere komek olsun, menide onlarin icinde. Amin.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti