83 yaşlı qadın evdə köməksiz qaldı

23-01-2013, 10:14
Oxunub: 886


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

 

 Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizdə döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 23:50-də başa çatdı.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti