Hərbi tibbi müayinəyə dəyişiklik ola bilər

22-01-2013, 15:09
Oxunub: 1693
"Yeniyetmənin, gələcək hərbi çağırışçının 2-3 illik müayinələrinin nəticələri barədə bütün tibbi məlumatları vahid məlumat bankında toplanmalıdır"


Azərbaycanda hərbi tibb komissiyalarının yenidən, tam fərqli prinsiplərlə təşkilinə ehtiyac var. Bunu Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, tibbi müayinələr orta məktəb sistemindən təşkil edilməlidir, bununla bağlı Dövlət Proqramı qəbul olunmalıdır.

"Yeniyetmənin, gələcək hərbi çağırışçının 2-3 illik müayinələrinin nəticələri barədə bütün tibbi məlumatları vahid məlumat bankında toplanmalıdır. Çünki birdəfəlik yoxlama zamanı hansısa xəstəlik özünü göstərməyə bilər. Bir sıra hallarda hər hansı bir hərbi hissədəki şəraitdən, ümumi vəziyyətdən, kəskin dəyişən qida rejimindən asılı olaraq əsgərdə olan xəstəliklər özünü göstərməyə başlaya bilər. Bu problemlər coğrafi dəyişiklik - aran bölgəsinin sakinin yüksək dağ regionunda xidmət keçməsi zamanı üzə çıxa bilər", - millət vəkili deyib.

Oruc vurğulayıb ki, hərbi çağırışçının tibbi müayinələri hərbi çağırış anında sürətli, bir sıra hallarda hədsiz şərti yanaşmalarla deyil, köklü sistemdən keçsə, arzulanan sağlam ordunu formalaşdırmaq mümkün olacaq.
Deputat həmçinin bildirib ki, Azərbaycanda "Hərbi xidmət və hərbi çağırış haqqında" qanuna edilən əlavəyə görə hərbi çağırışçıda hər hansı xəstəlik aşkarlanarsa, o, dövlət hesabına müalicə almalıdır.

"Maliyyə Nazirliyi də bununla bağlı müvafiq addımlar atacağını bəyan etdi. Buna ciddi yanaşılmalıdır. Bəyan olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün xeyli yeni tibbi avadanlıqlar, qurğular göndərilib", - Oruc deyib.

Millət millət vəkili hesab edir ki, lakin sadəcə texnoloji avadanlıqların dəyişdirilməsi ilə kifayətlənmək olmaz.
"Hərbi çağırışçıların tibbi müayinəsi xüsusi mərkəzi klinik müəssisələrdə aparılmalıdır. Azərbaycanda da Gülhanə Tibb Akademiyası səviyyəsində tibbi akademiyalar mövcud olmalıdır ki, hətta mülki insanlar da həyatlarını oraya etibar etsinlər", - Oruc bildirib.
Şərhlər : 1 Şərh yaz
Bert 2 fevral 2013 05:42  
I am ttoally wowed and prepared to take the next step now.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti