Ana məktəbli oğlunun meyitini tapdı

22-01-2013, 11:35
Oxunub: 6556


Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 98, ev 193-də yaşayan 1998-ci il təvəllüdlü Əlirəhman Qurbanlı yaşadığı evin hamamında ölüb. Onun meyitini gecə saatlarında anası aşkarlayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

İlkin məlumata görə, orta məktəbin 9-cu sinif şagirdi olan Ə.Qurbanlı dəm qazından boğulub. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti