Avroparlament səs verdi: Moldova Avropa Birliyi yolunda

13-11-2014, 17:21
Oxunub: 466


Noyabrın 13-də Avropa Parlamenti Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya edib.

"Media forum” saytı xəbər verir ki, Avropa Parlamentinin 529 deputatı Moldova ilə assosiasiya sazişinin ratifikasiyasını dəstəkləyib.

Moldova parlamenti Avropa İttifaqı ilə assosiasiya sazişini iyulun 2-də ratifikasiya edib. Parlamentin 40 faizinə nəzarət edən kommunistlər, sosialistlər və Dirçəliş Partiyasının deputatları sazişin əleyhinə səs veriblər.

Avropa İttifaqı ilə assosiasiya sazişi iyunun 27-si Brüsseldə imzalanıb. Həmin gün Gürcüstan və Ukrayna da assosiasiya sazişinə qoşulublar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti