Silahlılar hərbi gəmiyə hücum etdi

13-11-2014, 11:01
Oxunub: 264


Aralıq dənizində silahlıların Misirin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmisinə hücumu nəticəsində 5 hərbçi yaralanıb, 8-i isə itkin düşüb.
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, silahlıların 4 qayığı məhv edilib, 30 nəfər həbs olunub.
 
"Əməliyyat-axtarış tədbirləri nəticəsində 5 hərbi qulluqçu xəstəxanaya göndərilib, 8 nəfər itkin düşüb. Onların axtarışı davam etdirilir”, deyə Misirin Müdafiə Nazirliyindən bildirilib.
 
Misir hökuməti insidenti terror aktı kimi qiymətləndirib. Ilkin ehtimallara görə, hücumun arxasında "Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti