Ermənistan hərbi aviasiyanı gücləndirir

21-01-2013, 17:50
Oxunub: 9624


Ermənistan Rusiya və Ukrayna ilə yeni aviasiya texnikalarının satın alınmasına dair danışıqlar aparır.

 

Bu barədə Lent.az Rusiyanın hərbi mediasına istinadən məlumat verib. Hərbi Hava Qüvvələrinin inkişafı planları çərçivəsində Ermənistan Rusiyadan yeni zərbə helikopterlərindən ibarət 2 eskadrilya, YaK-130 təlim-döyüş təyyarəsi, pilotsuz aparatlar, Ukraynadan Mi-8 tipli helikopterlər və Ukrayna-Rusiya birgə hazırlaması olan 2 ədəd An seriyalı yeni hərbi nəqliyyat təyyarəsi almaq niyyətindədir.


Artıq ötən ildən etibarən bu istiqamətdə Ermənistan hər iki ölkə ilə intensiv dan1ışıqlara başlayıb. Eləcə də əvvəlki illərdə imzalanmış müqavilələr çərçivəsində son 3 ildə Ukraynadan hə il 2 ədəd L-39 tipli təlim təyyarəsi satın alıb. Rusiya isə 2011-2012-ci illərdə Ermənistana 10-a yaxın müxtəlif təyinatlı hərbi helikopter verib.

Qeyd edək Ki, Ermənistan hərbi aviasiya baxımından Azərbaycandan çox geri qalır. Bu ölkənin Hərbi Hava Qüvvələrinin tərkibinə 1 ədəd MiQ-25, 15 ədəd Su-25 tipli döyüş təyyarələri, 2 ədəd İl-76 tipli hərbi nəqliyyat təyyarəsi, 15 ədəd pilotsuz uçuş aparatı, 8-10 ədəd L-39 tipli təlim təyyarəsi, 9 ədəd Mi-2, 10 ədəd Mi-8, 2 ədəd Mi-9 tipli müxitəlif təyinatlı helikopter, 15-dən artıq Mi-24 tipli zərbə helikopteri daxildir.
Şərhlər : 1 Şərh yaz
abn berde 14 aprel 2014 18:43  
inşallah ikinci qarabag muharibesinde ermenilerin herbi hava aparatlarini goye qalxmadan ele yerdece mehv ederek yararsiz hala getirib neytrallaşdirariq
nece ki korfez muharibesinde amerika herbi hava quvveleri iraq hhq ne qarşi etmişdi
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti