Hərbçilərimiz NATO ilə bağlı kursda iştirak edir

12-11-2014, 14:21
Oxunub: 542


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir. 

AzNews.az xəbər verir ki, kursda Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını təkmilləşdirəcəklər.

Təlim zamanı NATO mütəxəssisləri tərəfindən əməliyyat planlaşdırma prosesi barədə dinləyicilərin məlumatlandırılması, strateji mühitin qiymət¬ləndirilməsi, əməliyyat planının və müvafiq sənədlərin hazırlanması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulub. 

Təlim kursu noyabrın 14-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti