E-dərslik portalından istifadə edənlərin sayı açıqlandı

12-11-2014, 13:32
Oxunub: 785


Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalından bu günə qədər 11374 nəfər istifadə edib.
 
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, portaldan Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər yararlanıb. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.
 
Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.
 
Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti