Ədliyyə naziri vətəndaşları qəbul edəcək

12-11-2014, 11:12
Oxunub: 544


Ədliyyə naziri Fikrət Məmmədov Qubada vətəndaşları qəbul edəcək.
 
Ədliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir noyabrın 14-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, (070) 302-36-66), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti