Gürcüstan Azərbaycanla sərhəddə 5 buraxılış məntəqəsi tikəcək

10-11-2014, 16:59
Oxunub: 393


 
Gürcüstan noyabrın sonunda Azərbaycanla sərhəddə beş nəzarət-buraxılış məntəqəsinin (NBM) tikintisinə başlamağı planlaşdırır.

Etatist.com-un "Trend"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il ölkədə həyata keçirilən sərhəd infrastrukturu layihələrinin təqdimatında bildirib.

Baş nazirin sözlərinə görə, habelə müvafiq sərhəd infrastrukturlarının tikintisi planlaşdırılır: "Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstanla Azərbaycan arasında beş sərhəd sektorunun tikintisinə başlanacaq. Habelə Türkiyə ilə sərhəddə sərhəd infrastrukturlarının yenidən qurulmasına başlanacaq. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti sərhəd infrastrukturlarının abadlaşdırlması üçün maksimum səy göstərir. Bu il Sərhəd Polisinin inzibati binası yenidən qurulub".

İ.Qaribaşvili qeyd edib ki, 2014-cü ildə 10 yeni sərhəd sektoru (ikisi Türkiyə, ikisi Azərbaycan, üçü Ermənistan, üçü Rusiya ilə) tikilərək istismara verilib: "Sərhədlərin müdafiəsi Gürcüstanın yeni hökumətinin əsas hədəflərindən biridir".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti