Əsəd köməyə qadınları çağırdı

21-01-2013, 13:29
Oxunub: 1902


Suriyada qadınlar hərbi xidmətə çağırılmağa başlanıb. Lent.az-ın "Al-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, qadınların hərbi xidmətə çağırılmasında məqsəd şəhərlərdəki blok-postlarda qadınların islam qaydalarına uyğun yoxlanılmasını təşkil etməkdir.

 

Artıq Suriya ordusunun Humsdakı postlarında qadınlar xidmətə də başlayıb.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin qadınları hərbi xidmətə çağırması 13 il əvvəl baş verənləri xatırladır. Həmin vaxt Bəşər Əsədin əmisi, o zaman hakimiyyətdə olan Hafiz Əsədin qardaşı Rifaat Əsəd də qadınlardan ibarət müdafiə taboru yaradıb. Məqsəd islamçıların olduğu rayonlarda qadınları yoxlamaq, evlərdə xüsusi əməliyyatlar keçirmək olub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti