İki sərnişin avtobusu toqquşdu - xəsarət alanlar var

8-11-2014, 14:57
Oxunub: 414


Bakıda sərnişin avtobusların toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Etatist.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 7-də saat 11 radələrində Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsində "Daewoo” markalı iki sərnişin avtobusu toqquşub. Avtobuslardan birinin xəsarət almış 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti