Bakıda faciə: 3 yaşlı uşaq öldü

21-01-2013, 12:35
Oxunub: 1936


Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol yaşayış sahəsindəki nömrəsiz evlərdən birində 3 yaşlı Həsənov Əli Elbrus oğlu ehtiyatsızlıq nəticəsində ölüb. Məlumata görə, azyaşlı valideynlərin nəzarətsiz qoyduğu vaxt televizorun üstünə çıxmaq istəyib. Bu zaman 72 diaqonallı, "Sony” markalı televizor onun üstünə aşıb.

 

3 yaşlı Ə.Həsənov ağır vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.

 

Faktla əlaqədar araşdırma aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti