Elektron dərslik portalı istifadəyə verilib

6-11-2014, 11:52
Oxunub: 726


Təhsil tarixində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bildirib ki, bu portal 1 aya yaxındır istifadə olunur. Hazırda ilkin olaraq yalnız VI sinif dərsliklərinin bu portalda yerləşdirildiyini deyən sektor müdiri qeyd edib ki, ilin sonuna kimi VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portala yerləşdiriləcək: "Portal bizə imkan verir ki, müxtəlif dərsliklərə olan marağı öyrənə bilək. Belə ki, 1 ay ərzində istifadə olunan dərsliklərə əsasən deyə bilərik ki, "Azərbaycan dili” və "Riyaziyyat” fənninin dərslikləri daha çox istifadə olunan dərsliklər arasındadır. Bundan əlavə, "Biologiya”, "Azərbaycan tarixi”, İngilis dili” dərslikləri də fəal istifadə olunur. Bu günə qədər portaldan 5 mindən çox insan yararlanıb. Bunların yarısından çoxu Bakıda yaşayanlardır”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti