Cəbhədə atəşkəs yenidən pozulub

21-01-2013, 10:35
Oxunub: 932


Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Berdavan və İcevan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Göyarx və Çaylı, Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.


Düşmən cavab atəşi ilə susdurulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti