Şəhid anası özünü asdı- Dəhşət

21-01-2013, 09:54
Oxunub: 3405


Şəhid anası 20 Yanvar günü oğlunun şəklini bağrına basıb özünü asdı.


Yanvarın 20-də Daşkəsəndə hər kəsi ağrıdan intihar hadisəsi baş verib. Şəhid anası oğlunun şəklini bağrına basaraq özünü asıb. Bu barədə "Azadlıq”a Dakşəsəndəki mənbələrdən bəlli olub. Milliyətcə rus olan Qalya xanım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Mikayıl Rza oğlu Abbasovun anasıdır. O özünü yanvarın 20-də səhər saatlarında asıb. Onun meyiti aşkarlanarkən şəhid oğlunun şəkli qucağında olub.


Daşkəsən camaatı Qalya xanımı həm də belə xatırlayırlar - ömrünü yay-qış demədən, oğlunun dəfn olunduğu Şəhidlər Xiyabanında, balasının məzarə başında keçirən şəhid anası.
İntiharın səbəblərini öyrənmək imkanımız olmadı. Şəhid anasının maddi və ya psixoloji gərginlik üzündən belə bir addım atması mümkün görünür.
Həm təfərrüatları, həm də rəsmi mövqeləri öyrənməyə çalışacağıq.

Şərhlər : 1 Şərh yaz
səfər 21 yanvar 2013 20:47  
Bu ne olkedi biz yasayiriq? ne qeder acilar yasanir bu olkede bildiklerimiz bu qederdi bilmediklerimiz bes?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti