Nazirlik düzəliş etdi; dərslər mayın 31-də bitəcək

5-11-2014, 14:41
Oxunub: 712
Dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir


Cari tədris ilində dərslər mayın 31-də başa catacaq.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, Nazirlər Kabinetinin 30 oktyabr, 2014-cü il tarixli, 362 saylı qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı edilmiş dəyişikliklər edib.

Bununla əlaqədar Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaq.

Qeyd edək ki, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə görə, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr-26 yanvar, ikinci yarımil - 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).

Həmçinin ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti