"Binə" aksiyasında saxlanılanlar cəzalandırılacaq?

21-01-2013, 09:36
Oxunub: 1227


Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi bu gün keçiriləcək.


Modern.az saytının məlumatına görə, satıcılar artıq səhər saatlarından məhkəmənin qarşısına toplaşırlar. Qeyd edək ki, etiraz aksiyasında saxlanılanlar ilkin olaraq Qaradağ rayon Polis İdarəsində dindiriliblər. Bundan sonra onlardan 10 nəfəri Yasamal rayon Polis İdarəsinə gətirilib.


Məsələ Respublika Baş Prokurorluğu və Bakə şəhər prokurorluğu tərəfindən araşdırılıb. Yasamal rayon Polis İdarəsinə gətirilən 10 nəfər bu gün Səbail rayon Məhkəməsinə çıxarılacaq. Proses saat 11:00-da başlayacaq. Binə Ticarət Mərkəzindən verilən məlumata görə, bu gün mərkəzdə çalışanlar Səbael rayon Məhkəməsinin qarşısına toplaşacaqlar. Satıcılar yenə də öz tələblərində qaldıqlarını bildiriblər. Onlar mərkəz rəhbərliyinin satıcılarla istədiyi kimi rəftar etməsinə və istədiyi məbləğdə yerpulu yığmasına edirlər.


Ötən həftə Binə Ticarət Mərkəzində satıcıların mərkəzin rəhbəri Kəbirə Məmmədovaya qarşı etiraz aksiyasında polislə qarşıdurma baş verib və xeyli saxlanılan olub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti