Bakıda yeni bir bıçaqlanma

21-01-2013, 09:31
Oxunub: 3958


Xətai rayonu Nobel prospekti hər kəsin mexkalon kimi tanıdığı ərazidə qanlı hadisə baş verib.

Hadisə zamanı 29 yaşlı Rəhimov Ümid Fəxrəddin oğlu naməlum şəraitdə bıçaqlanıb. Ürək nahiyyəsindən bir bıçaq zərbəsi alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ümid Rəhimovun üzərində cərrahi əməliyyat icra edilib.


Qeyd edək ki, hadisədən sonra vəziyyəti ağır olan yaralının polislər hələlik izahatını ala bilməyib. Hadisənin təfərrüatları isə Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Ümid Rəhimovun kimlər tərəfindən və nə səbəb bıçaqlandığı isə istintaqın sonunda bəlli olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti